AŞPA məruzəçisi: “Qobustan həbsxanası tezliklə qapadılacaq”

AŞPA məruzəçisi: “Qobustan həbsxanası tezliklə qapadılacaq”

Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda sentyabrın 16-da bir neçə siyasi məhbusla həbsxanalarda görüşüb.
 
Həmməruzəçilər həbsdə olan jurnalist Əziz Orucov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, bloqqer Mehman Hüseynov və Qobustan qapalı həbsxanasında Taleh Bağırzadə, Abbas Hüseyn və digər 3 məhbusla görüşüblər. Bu barədə həmməruzəçi Stefan Şennak məlumat yayıb.
 
AŞPA depuatatı bildirib ki, Qobustandakı 5 məhbusun məsələsini araşdırıb. “Qobustan həbsxanasında heç kimə bir gün də qalmağı arzulamazdım, amma tezliklə qapadılacaq”, – deyə o qeyd edib. (azadliq.info) /

Google+ WhatsApp ok.ru