AŞPA prezidenti Leyla Yunusun qızını qəbul etdi

Avropa Şurası Parlament Assambleyasının prezidenti  Enn Braser Azərbaycanda insan haqlarının vəziyyətinin pisləşməsindən narahatdır.
Bu barədə o, özünün Twitter səhifəsində  qeyd edib. “Mən  Azərbaycanda   insan haqlarının  pisləşməsindən  ciddi narahatam və  Azərbaycan hakimiyyətini  bir daha öhdəliklərinə hörmət etməyə çağırıram”, - o yazıb.
 
AŞPA prezidenti  hüquq müdafiəçiləri Leyla və Arif Yunusların qızı Dinara Yunusla  görüşündən də  yazıb.
 
Yanvarın 27-də Avropa Şurasında “Azərbaycanda mətbuata basqılar” adlı müzakirələr keçirilib. Müzakirədə Avropa Şurası insan haqları komissarı Nils Muijnieks çıxış edib.
 
“Azadlıq” radiosunun məlumatına görə,  komissar çıxışında Azərbaycanda insan haqlarının vəziyyətinin getdikcə daha dərin narahatlıqlara səbəb olduğunu deyib.
 
O bildirib ki,  Avropa Şurası ilə əməkdaşlıq edən şəxslərə qarşı təzyiqlər var. Nils Mujnieks bunu qisas adlandırıb.
 
“Bu, Avropa Şurası ilə əməkdaşlıq edənlərdən alınan  qisasdı. Jurnalist və hüquq müdafiəçilərinin Avropa Şurası ilə əməkdaşlığı və onlara  hücumlar arasında əlaqə açıq- aydın görünür. Məhz bu səbəbdən bu,  birbaşa olaraq Avropa Şurasının problemidir”, - o vurğulayıb. azadliq /

Google+ WhatsApp ok.ru