AŞPA Sərsəng su anbarı ilə bağlı məruzə layihəsini dərc etdi

Maide.az xəbər verir ki, Avropa Şurası Parlament Assambleyası Azərbaycanın işğal altındakı Sərsəng su anbarı ilə bağlı məruzə layihəsini dərc edib. Bosniya və Hersoqovinadan olan deputat Militsa Markoviçin hazırladığı sənəd qurumun sosial komitəsinə təqdim edilib. İşğalçı qüvvələr tərəfindən su anbarının yetərli təmirinin aparılmadığına dair AŞPA-nın narahatlığı da məruzədə əksini tapıb. Yaranan vəziyyət bütün həmsərhəd rayonların əhalisi uçun böyük təhlükə hesab olunur. Erməni tərəfi xanım Markoviçin işğal altındakı ərazilərə baş çəkməsinə imkan verilməyib. Sənədin AŞPA-nın qış sessiyasında müzakirəsi gözlənilir.

Google+ WhatsApp ok.ru