Apellyasiya Məhkəməsi AXCP fəallarını həbsdə saxlayıb

Apellyasiya Məhkəməsi AXCP fəallarını həbsdə saxlayıb

-- şikayətlər onların 4 ay müddətinə həbs edilməsi ilə bağlı verilib

Bakı Apellyasiya Məhkəməsi Xalq Cəbhəsi Partiyasının fəalları Babək Həsənovun və Ruslan Nəsirlinin həbsindən verilmiş şikayəti təmin etməyib.
 
Maide.Az "contact.az"a istinadən xəbər verir ki, şikayətlər onların 4 ay müddətinə həbs edilməsi ilə bağlı verilib.
 
O və digər bir fəal Aqil Məhərrəmli mayın 25-də saxlanılıb.
 
Aqil Məhərrəmlinin şikayətinə nə vaxt baxılacağı məlum deyil. 

Google+ WhatsApp ok.ru