Apellyasiya Məhkəməsi Tofiq Yaqublunu həbsdə saxlayıb

Apellyasiya Məhkəməsi Tofiq Yaqublunu həbsdə saxlayıb

Mayın 4-də Bakı Apellyasiya Məhkəməsi müxalifətçi siyasətçi Tofiq Yaqublunun ev dustaqlığına keçirilməsindən imtina edən Suraxanı məhkəməsinin qərarından şikayəti təmin etməyib.
 
Vəkil Elçin Sadıqov Turan-a bildirib ki, T.Yaqublu prosesdə iştirak edib və həbsini siyasi sifariş adlandırıb.
 
Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublu martın 22-də xuliqanlıq və bədənə xəsarət yetirmək ittihamı ilə həbs edilib.
 
Həbs prezident İlham Əliyevin müxalifətin ünvanına hədə dolu çıxışından bir neçə gün sonra baş verib. T.Yaqublunu 7 ilədək həbs təhlükəsi gözləyir. /contact.az /
 
 

Google+ WhatsApp ok.ru