Apelyasiya məhkəməsi Şeyx Sərdarın şikayətini təmin etdi

Apelyasiya məhkəməsi Şeyx Sərdarın şikayətini təmin etdi

Şirvan apelyasiya məhkəməsi ilahiyyatçı Hacı Sərdar Hacıhəsənlinin şikayətini təmin edib.
 
Bu barədə Maide.az-a vəkil Cavad Cavadov məlumat verib. Vəkilin sözlərinə görə, Masallı rayon məhkəməsinə gətirilən zaman müvəqqəti saxlama yerində Şeyx Sərdarın yaxın qohumları ilə görüşməsinə və telefonla danışmasına Masallı rayon məhkəməsinin qərarı ilə icazə verilmirdi. Səbəb isə bunun məhkəmə prosesinə maneə olacağı göstərilirdi. Lakin Şirvan apelyasiya məhkəməsi bu qərarı ləğv edib və Şeyx Sərdarın yaxın qohumları ilə görüşməsinə icazə verilib. 
Qərara əsasən Şeyx Sərdarın ayda 4 dəfə görüş və həftədə iki dəfə telefonla danışmaq hüququ bərpa edilib.
 

Google+ WhatsApp ok.ru