AİP Həzrəti Zəhranın mövluduna həsr edilmiş tədbir keçirib - FOTO

AİP Həzrəti Zəhranın mövluduna həsr edilmiş tədbir keçirib - FOTO

Azərbaycan İslam Partiyasının(AİP) qərargahında Həzrət Fatimeyi-Zəhranın(s.ə) mövluduna həsr edilmiş dəyirmi masa keçirilib. 
 
Tədbiri giriş sözü ilə açan AİP-in sədr əvəzi, ilahiyyatçı alim Hacı İlham Əliyev Fatimeyi-Zəhranın(s.ə) mövlüdü münasibətiylə bütün müsəlman xanımları təbrik etdi.
 
Sədr əvəzi bildirdi ki, günümüzdə Azərbaycan cəmiyyətinin və ailə başçılarının belə bir nümünəvi şəxsiyyətin örnəyinə böyük ehtiyacı var: “ Xanım Fatimeyi-Zəhra(s.ə) cəmiyyət üçün İmam Həsən(ə), İmam Hüseyn(ə), Xanım Zeynəb kimi övladlar böyüdüb təqdim edib. Bunun səbəbləri ailədə xanım öz həyat yoldaşına olan münasibətdən irəli gəlir. İmam Əli (ə) buyururdu ki, mənim evimə daxil olan gündən dünyasını dəyişinə qədər Fatimeyi-Zəhra(s.ə) məni əsəbləşdirmədi.
 
Digər hədisdə Həzrəti Rəsulallah Əli (ə) xanım Fatimeyi-Zəhra haqda soruşanda imamız buyurdu: “Xanım Fatimə mənim üçün Allaha bəndəçilik etməkdə ən böyük köməkçidir”.
 
İlahiyyatçı alim günümüzdə ailə böhranların həll edilməsində qeyd etdiyi nümənələrdən istifadə edilməsini məsləhət gördü: “Övlada, ailə başçasına, bütünlükdə cəmiyyətə münasibətdə Xanım Fatimeyi-Zəhranın(s.ə) nümünəsi əsl örnəkdir”. 
 
Daha sonra söz ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğluna verildi. Natiq sözünə Ayətullah Xamneyinin yaxın günlərdə dilə gətirdiyi cümlə ilə başladı: “Ali dini rəhbər buyurdu ki, İmamdan başqa heç bir mərceyi təqlid qadınların ictimayi fəallığı məsələsində yiyə durmayıbdır.”
 
Çox ağrılı və düşündürücü movzudur. İslamın baxışı, alimlərimizin təqdimatı ondan ibarətdir ki, qadın və kişinin fərqi cisimdədir, ruh baxımdan isə heç bir fərq mövcud deyil. İslamda isə insanın kimliyini ruh təşkil edir.
 
Hacı İlqar İbrahimoğlu ailələrdə ananın övladın üzərində daşıdığı məsuliyyətdən də danışdı: “Ananın evdə övladına verdiyi məhəbbət dərsini nə məktəb, nə universitet, nə akademiya verə bilməz. Gününmüzdə araşdırmalar göstərir ki, intelekt var, savad var, amma xoşbəxtlik yoxdur. Emosional intellekt yalnız insanın ailədə gördüyü məhəbbət və qayğı nəticəsində yaranır”.
 
Dəyirmi masa tədbirdə iştirak edən Xanımların, Nardaran ağsaqqalı Hacıağa Nurinin, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının çıxışları ilə davam etdirildi.
 
Tədbirin sonunda Xanım Fatimeyi-Zəhranın(s.ə) mövlüdü münasibəti ilə xanımlara hədiyyələr təqdim olundu.
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru