AİP lideri Mövsüm Səmədov 12 saylı CÇM-nə gətirilərək karsa salınıb

AİP lideri Mövsüm Səmədov 12 saylı CÇM-nə gətirilərək karsa salınıb

AİP lideri Mövsüm Səmədov noyabr ayının 29-u saxlanıldığı Qobustan Qapalı Təcridxanasından 12 saylı Cəza Çəkmə Müəssisəsinə köçürülüb. 
 
Maide.Az xəbər verir ki, bu barədə “İslamınSesi”nə Mövsüm Səmədovun yaxınları məlumat veriblər.
 
Verilən məlumatda o qeyd edilib ki, AİP lideri 12 saylı CÇM-nə aparılan kimi heç bir səbəb göstərilmədən 15 günlük karsa salınıb.
 
Hal-hazırda Mövsüm Səmədovun vəkili Yalçın İmanov müvəkkili ilə görüşə bilmir. Buna səbəb isə Penitensiar Xidmət tərəfindən verilən görüş icazəsinin yalnız Qobustan Qapalı Tipli Təcridxanasına aid olması ilə bağlıdır. Vəkil CÇM-də görüş üçün bu gün Penitensiar Xidmətə rəsmi müraciət ünvanlayacaq.
 
Yalçın İmanov islamınsəsin-ə açıqlama verərək qeyd edib ki, hər hansı bir məhbus CÇM-də yalnız daxili nizam intizam qaydaları pozarkən karsa salına bilər.
 
 
 

Google+ WhatsApp ok.ru