AİP liderinin yenidən Qobustana göndərilməsi üçün hazırlıq gedir

AİP liderinin yenidən Qobustana göndərilməsi üçün hazırlıq gedir

2016-cı ilin noyabr ayının 26-da Qobustanda yerləşən Qapalı Tipli Cəza Çəkmə müəssisəsindən 12 saylı CÇM-nə köçürülən AİP lideri Mövsüm Səmədova qarşı həbsxana işçiləri tərəfindən süni problemlər yaradılıraq təzyiqlər edilir
 
Maide.Az xəbər verir ki, bu barədə “İslaminSesi”nə AİP liderinin vəkili Yalçın İmanov məlumat verib.
 
Vəkilin sözlərinə görə, noyabr ayının 26-dan bu günə qədər Mövsüm Səmədov iki dəfə 15 və 7 sutkalıq karsa salınıb.
 
Eyni zamanda AİP liderinə heç bir səbəb göstərilmədən 3 dəfə töhmət verildiyini və bir dəfə xəbərdarlıq edildiyini söyləyən Yalçın İmanov, “sözügedən cəzaların heç bir əsası və səbəbi göstərilməyib. Noyabrın 26-da 12 saylı CÇM-nə gətirilən kimi Mövsüm Səmədov dərhal cərimə kamerasına salınıb. Halbuki məhbusun dərhal cərimə kamerasına salınması üçün daxili intizam qaydası pozulmalıdır ki, AİP lideri bunlardan heç birini etməyib”, - deyə bildirdi:
 
“Düşünürəm ki, Mövsüm Səmədovla baş verənlər o anlama gəlir ki, onu yenidən Qobustan Qapalı Tipli CÇM-nə göndərmək üçün əsaslar yaradılır. Doktor Səmədov heç 2 ay yoxdur ki, 12 saylı CÇM-nə gətirilib artlıq 2 dəfə kars, bir neçə töhmət və xəbərdarlıq verilib. Belə bir şey heç bir yerdə görsənməyib.”
 
Vəkil sonda onu da qeyd etdi ki, Mövsüm Səmədovun səhhətində qriplə bağlı əlaqədar bir qədər narahatçılıq yaranıb. Lakin əhval ruhiyyəsi həmişə olduğu kimi qaydasındadır. 
 

Google+ WhatsApp ok.ru