AİP İmam Zamanın (a.f) mövludu münasibəti ilə xalqımızı təbrik edib

AİP İmam Zamanın (a.f) mövludu münasibəti ilə xalqımızı təbrik edib

Azərbaycan İslam Partiyası İslam müqəddəsi, əsrin sultanı, İmam Zaman, Həzrət Mehdinin (ə.f.ş.) dünyaya gəlişi münasibətilə Azərbaycan xalqını təbrik edib
 
Təbrikdə deyilir..
 
Əziz müsəlman qardaş və bacılar, Sizləri əsrin sultanı İmam Mehdi Sahib əz-Zamanın (ə) dünyaya gəlişi münasibətilə başda  Həzrətin naibi, Vilayəti-fəqih, Ayətullahul-uzma Seyid Əli Xamenei olmaqla səmimi qəlbdən təbrik edirik. Allah təala sizləri O Həzrətin şəfaətindən binəsib etməsin. Allah İmamın zühurunu təcil etməklə yer üzü müsəlmanlarının intizarını qaldırsın.
 
Həzrət Mehdi (ə.f.ş.) 255-ci hicri-qəməri ilinin şəban ayının 15-ci günü Samirrada dünyaya göz açıb. 260-cı hicri-qəməri ilinin rəbiul-əvvəl ayının 8-də Ağanın beş yaşı olanda qeybə çəkilib. İmamın(ə) intizarı mədəniyyətinə malik xalqımız O Həzrətin(ə) yolunu səbirsizliklə gözləyir. Müsəlmanlar Ağanın gəlişi ilə  yer üzündə zülmə qarşı mübarizənin və həqiqi ədalətin qələbə çalacağına və bərpa olacağına  inanırlar. İnşaAllah o günün gələcəyini Allah bizlərə nəsib etsin.
 
Müsəlman torpaqlarının müxtəlif qütblər tərəfindən işğal edilərək istismara məruz qalması, İslam müqəddəslərinə hörmətsizlik,   dinimizin möminlər tərəfindən əziz tutulan ayin və rituallarının qarşısının alınması, yersiz qadağalar düşünürük ki, İmamın(ə) zühurunu daha  da tezləşdirəcək. Sapı özümüzdən olan baltalar hələ başa düşmək istəmirlər ki, Allahın dinimiz üçün təqdir etdiyi vacib məsələləri heç bir qüvvə təkzib edə, qarşısın ala bilməz. Əslində hər bir sıxıntının özü zülm və ədalətsizlikdir.
 
Partiyamızın bu günə təşkil etdiyi mövlud tədbiri hesab edirik ki, hər bir müsəlman üçün fəxr olunacaq məsələ idi. Təəssüflər olsun ki, islamofobiya problemləri hələ də möminlərin xoş olan niyyətlərinin reallaşmasına ciddi maneələr törədir.İnsanların sevincinə səbəb olacaq bayram mərasiminin yenə də təxirə salınması bəzi dairələrin dinimizə qarşı xoş olmayan niyyətlərindən irəli gəlir.
 
Əziz gün, sabahımızın və axirətimizin ümid çırağı, İlahi zühurun şanlı əsgəri İmam Zamanın mövludu günü münasibətilə xalqımızı, hər bir müsəlman qardaş və bacılarımızı, bütün dünya məsəlmanlarını bir daha ürəkdən təbrik edir, hər kəsə can sağlığı, iman kamilliyi, xoş güzəran və xoş olan axirət diləyirik. Allah əziz bayramınızı mübarək etsin! (islaminsesi)

Google+ WhatsApp ok.ru