AİP ömrünün 62-cı ilini zindanda qarşılayan seyyid ruhani alimi təbrik etdi

AİP ömrünün 62-cı ilini zindanda qarşılayan seyyid ruhani alimi təbrik etdi

Azərbaycan İslam Partiyasının rəhbərliyi Hacı Fəramiz Abbasovu 62 yaşı münasibətilə təbrik edib. Bu barədə partiyanın mətbuat xidmətindən “İslaminSesi”nə təbrik məktubu daxil olub.
 
Təbrik məktubunu “İslaminSesi” oxucularına təqdim edir.
 
“Dəyərli ruhani, hörmətli qardaşımız, Seyid Hacı Fəramiz Abbasovu ad günü münasibətilə səmimi qəlbdən təbrik edirik. Ləyaqətli ömrün 62- ci yaşını məhbəsdə keçirən Hacı Fəramiz İslamın təbliği və nümunəvi bəndəçilik əməlləri baxımından dərin hörmət və izzətə layiqdir. Şərlənərək saxta ittihamlarla azadlıqdan məhrum edilən bu mehriban insan, qayğıkeş ailə başçısı, pak seyyid məhbəsdə keçirdiyi altı il ərzində əvvəlki nikbin, mübariz əhval-ruhiyyəsini qorumuş, ünsiyyətdə olduğu adamlarda müsbət fikir yaratmağa layiq olmuşdur. Buna rəğmən yaşının qeyd olunduğu zaman qış fəslinə təsadüf etsə də biz bu günü dəyərli ömrün 62-ci baharı kimi qiymətləndiririk.
 
Bu gün həqiqətən Hacı Fəramiz kimi ruhani alimlərə xalqımızın böyük ehtiyacı vardır. Allah təala belələrini dünyamıza zalımın zindanında qalmaq, təcriddə ömür sürmək üçün deyil, cəmiyyəti hidayət üçün, İslamı mütərəqqi din kimi təbliğ və insanları bu dindən maarifləndirmək üçün bəxş etmişdir. 
Bütün partiya adından əziz qardaşımız Seyid Hacı Fəramizi bir daha ad günü münasibətilə təbrik edir, ruhani qardaşımıza Allahdan can sağlığı, uzun ömür diləyir, tezliklə qapısının açılmasını və ailəsinə qovuşmasını arzulayırıq.
 
Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev
 

Google+ WhatsApp ok.ru