AİP Mövsüm Səmədovla bağlı Penitensiar Xidmətə müraciət edib

AİP Mövsüm Səmədovla bağlı Penitensiar Xidmətə müraciət edib

Azərbaycan İslam Partiyası qurumun lideri Hacı Mövsüm Səmədovun karserə salınması ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi Ceyhun Həsənova rəsmi müraciət edib. Bu barədə “İslaminSesi”nə qurumun Mətbuat Xidmətindən məlumat daxil olub. Müraciətdə deyilir.
 
Artıq hər bir Azərbaycan vətəndaşına da bəllidir ki, ölkədə mövcud həbsxanaların demək olar ki, əksər hissəsində məhbusların hüquqları pozulmaqda davam edir. O cümlədən Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədovun altı ildir ki, məhbus həyatı yaşadığı həbsxana divarları arasında belə hüquqları kobudcasına pozulur.
 
Doktor Mövsüm Səmədov siyasi çıxışlarına, hakimiyyətdə baş verən qanunsuzluqlara və özbaşınalıqlara qarşı kəskin etirazlarına görə saxtakarcasına ittiham olunmasını beynəlxalq hüquq təşkilatları belə ədalətsizlik və qərəz hesab edir. Onun 11 saylı cəzaçəkmə müəssisəsindən 12 saylıya və daha sonra Qobustan qapalı tipl təcridxanaya köçürülməsinin səbəbləri indiyə kimi bizim üçün və ümumən Mövsüm Səmədovun vəkilləri, yaxın adamları üçün müəmmalı, anlaşılmaz faktor kimi qalmışdır.
 
Doktor Mövsüm Səmədovu tanıyanlar bilirlər ki, o, qanunçuluğa, konstitusiyamızın vətəndaşlara verdiyi hüquq və azadlıqlara hörmətlə yanaşır. Məhz bu keyfiyyətlərinə, xalqına, Vətəninə hədsiz məhəbbətinə, torpaqlarımızın müqəddəsliyini hər sözündə-söhbətində dilə gətirdiyinə görə xalqının ləyaqətli oğlu kimi sevilir. Belə bir insana qarşı törədilən qərəzin nədən doğduğu bəlli deyil.
 
Biz Doktor Hacı Mövsüm Səmədovu adi insani hüquqlarının mütəmadi pozulmasına qarşı qəti etirazımızı bildirməklə, baş verən neqativliklərin, ədalətsizliklərin səbəblərinə aydınlıq gətirilməsini ölkədə ədalət simvolu kimi göstərilən Ədliyyə Nazirliyi və onun Penitensiar Xidmətinin rəhbərliyindən tələb edirik.
 
Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə müəssisəsinin rəhbərliyinin nəzərinə çatdırmaq istəyirik ki, Doktor Hacı Mövsüm Səmədova qarşı törədilən haqsızlıq nəticəsində onun səhhətində baş verə biləcək hər hansı təhlükə zəminində hüquqi və mənəvi məsuliyyət daşımalıdır və daşıyır.
 
Azərbaycan İslam Partiyası
 

Google+ WhatsApp ok.ru