AİP Qadınlar Şurası “Məbəs günü” ilə bağlı tədbir keçirdi - FOTO

AİP Qadınlar Şurası “Məbəs günü” ilə bağlı tədbir keçirdi - FOTO

AİP Qadınlar Şurası, Əsgər Analarına Dəstək İctimai Birliyi və eyni zamanda “Fatimə Heyəti” BMM-də “Məbəs günü” ilə bağlı tədbir keçirib. Əziz İslam peyğəmbərin (s) peyğəmbərliyə seçildiyi, həmçinin Quran ayələrinin nazil olduğu mübarək günə diqqətin ayrılması, həmçinin “Aprel döyüşlərinin” il dönümün anılması məqsədi ilə AİP Qadınlar Şurası, Əsgər Analarına Dəstək İctimai Birliyi və eyni zamanda “Fatimə Heyəti” sədri Kəklik xanımın Heydərzadənin təşəbbüsü ilə Beynəlxalq Mətbuat Mərkəzində (BMM) inanclı və vətənpərvər xanımların iştirakı ilə tədbir keçirilib.
 
Tədbiri giriş sözü ilə açan AİP-in Qadınlar Şurasının sədri Növrəstə İbrahimaova öncə tədbir iştirakçılarını salamlayıb, Azərbaycan xanımlarını, o cümlədən dünya müsəlmanlarını bu mübarək gün münasibəti ilə təbrik edib. Həmçinin bu günlərdə “Aprel döyüşlərinin” il dönümü olduğunu vurğulayan Növrəstə xanım İslamin cəmiyyətə aşıladığı vətən, şəhadət və bu kimi məfhumların həyatımızdakı əhəmiyyəti rolundan danışdı:
 
"Bu gün bütün dünyaya müjdəçi olan, peyğəmbərlik silsilsinə ilahi möhür vuran, bəşərin ən üstünü olan Həzrəti Muhəmməd (s)-a Həra dağında ilk vəhyin nazil olduğu gündür.  Mən istəyirəm bu gün səsimi Quran və Əhli-Beyt (ə) sevərlərə, İslam dininə xidmət edənlərə çatdıram. Bu gün bizim üçün mübarək bir gündür. Həmçinin bununla yanaşı bu günlər bizim üçün hüzünlü günlərdir. Çünki biz “Aprel döyüşləri”ində şəhid olan övladlarımızın anım günlərini də qeyd edirik, həm də Kəlbəcərimizin acısını yaşayırıq. Bu günlər ilahi təqdirlə üst-üstə düşüb. Xatırladım ki, Xanın Fatimə (s.ə)-nin da mövludu günü də Xocalı faciəsi ilə üst-üstə düşmüşdü. İnanırıq ki, bunda da bir ilahi hikmət vardır. Çünki biz məhz İslamın bizə aşıladığı vətən, şəhadət hisləri ilə torpaqlarımızı düşmən əlindən azad edəcəyik. Biz şəhidlərimizi İslamin bizə öyrətdiyi şəhadət iftixarı ilə son mənzilə yola salırıq. Biz əminik ki, bütün şəhidlərimiz və xüsusilədə aprel şəhidlərimiz Hz.Muhəmməd və Ali-Muhəmmədin (s)məktəbini dərk etdilər və elə buna görədə cavan canlarını hər şeydən qiymətli olan vətənə qurban verdilər!"
 
 
Tədirdə digər xanımlar da çıxış edərək bu mübarək günün əhəmiyyətindən və cəmiyyətimizin düzgün istiqamətdə tərbiyələnməsindəki əvəz edilməz rolundan danışdılar.
 
Sonda xanım qonaqlara çiçəklər hədiyyə edildi./İslaminSesi /
 

 

Google+ WhatsApp ok.ru