AİP qanlı terror aktını kəskin pislədi

AİP qanlı terror aktını kəskin pislədi

Azərbaycan İslam Partiyasının Mətbuat Xidmətindən redaksiyamıza daxil olan bəyanatda deyilir:
 
“İran İslam Respublikasının cənub şərqində yerləşən Sistan və Bəluçistan əyalətlərində İran İslam Keşikçiləri Korpusunun hərbçilərinə qarşı törədilən terakt bəşəri cinayətdir. Sülhə və sabitliyə xidmət edən, vətəninin istiqlaliyyətini və azadlığını qoruyan bir orduya qarşı atılan bu terror bütün dünyaya, insanlığa və onun azad bir ölkədə yaşamasına qarşı yönələn bir əməl kimi qiymətləndirilməlidir. Dünya ictimaiyyəti bilməlidir ki, harasında, hansı xalqa qarşı baş verməsindən asılı olmayaraq terror bir məna kəsb edir ki, o da insanlığı məhv etmək, xalqları zəlalətə və ümidsizliyə düçar etmək,  xidmət etdiyi qütbün quluna çevirmək.
 
Terrorçu başkəsənlər, bu cinayəti məxsus olduqları dövlət və hakimiyyət səviyyəsində həyata keçirməklə insanları daim vahimə və qorxu, ölüm xofu altında yaşatmaq niyyətindədirlər. Hesab edirik ki,   bu niyyət şəhidpərvər bir xilqətə qarşı bu heç bir vəchlə yerinə yetməyəcək. Vətəni, torpağı, azadlığı və istiqlaliyyəti uğrunda dünyasını dəyişənlər məxsus olduqları xalqa, millətə şərəf və ləyaqət nümunəsi bəxş edir, tarixində qəhrəmanlıq səhifələri yaradırlar.
 
Azərbaycan İslam Partiyası törədilən terror cinayətinin qurbanlarına, vətənlərinin keşiyinə və xalqlarının təhlükəsizliyinə canlarını fəda edən insanlara Allahdan ən yüşsək məqam, ailələrinə səbr və təmkin dələyir, bütün İran xalqına, başda İslam ölkəsinin Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei Həzrətləri olmaqla dərin hüznlə başsağılığı verir.”
 

Google+ WhatsApp ok.ru