AİP rəhbərliyinin iştirakı ilə Kərbəlada əzadarlıq mərasimi keçirilib

AİP rəhbərliyinin iştirakı ilə Kərbəlada əzadarlıq mərasimi keçirilib

Mərasimdə çıxış edən AİP-in sədr əvəzi Hacı İlham Əliyev İmam Hüseyn(ə) və Həzrəti Zeynəb(s.ə)-nın şəxsiyyəti, onların mübarizə yolundan və qəhrəmanlıq fəlsəfəsindən, Kərbəla ziyarətinin fəzilətindən danışıb.
 
Azərbaycan İslam Partiyasının rəhbərliyinin iştirakı ilə ötən gün Kərbəla şəhərində əzadarlıq mərasimi keçirilib. Əzadarlıq mərasimi əziz islam peyğəmbərinin(s) nəvəsi, müsəlmanların üçüncü imamı Həzrəti Hüseyn(ə)-ın Ərbəin günü ilə bağlı qeyd edilib. İslamınSesi xəbər verir ki, tədbirdə AİP funksionerləri, azərbaycandan və müxtəlif ölkələrdən gələn zəvvarlar iştirak ediblər.
 
Mərasimdə çıxış edən AİP-in sədr əvəzi Hacı İlham Əliyev İmam Hüseyn(ə) və Həzrəti Zeynəb(s.ə)-nın şəxsiyyəti, onların mübarizə yolundan və qəhrəmanlıq fəlsəfəsindən, Kərbəla ziyarətinin fəzilətindən danışıb.
 
Tədbirin sonunda mərasim iştirakçıları üçün ehsan süfrəsi açılıb. “İslamınSesi”nin əməkdaşının sözügedən tədbirdən hazırladığı reportajı oxucularımıza təqdim edirik.(islaminsesi)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru