Aprel ayına olan hava proqnozu açıqlanıb

Aprel ayına olan hava proqnozu açıqlanıb

Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimalı var
 
Azərbaycanda aprel ayına olan hava proqnozu açıqlanıb.
 
Maide.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə aprel ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.
 
Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimalı var.
 
Bakıda və Abşeron yarımadasında
Orta aylıq temperaturun 11-13 dərəcə isti (gecələr 5-10, bəzi günlərdə 12-14, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 24-29 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 23-33 mm) olacağı gözlənilir.
 
Naxçıvan Muxtar Respublikasında
Orta aylıq temperaturun 12-15 dərəcə isti (gecələr 6-11 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 25-30 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-59 mm) olacağı gözlənilir.
 
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında
Orta aylıq temperaturun 6-10 dərəcə isti (gecələr 5-10 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 18-23 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 54-83 mm) olacağı gözlənilir. /

Google+ WhatsApp ok.ru