Aprel ayında İranda Azərbaycanın mədəniyyət günləri keçiriləcək

Aprel ayında İranda Azərbaycanın mədəniyyət günləri keçiriləcək

Dünya kinematoqrafiyasının ən son şedevri “Məhəmməd Rəsulullah (s)” filmi tezliklə Azərbaycanda nümayiş olunacaq. Bunu İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri  İbrahim İbrahimi bu gün Azərbaycanda Gilan əyalətindən səfərdə olan jurnalistlərə deyib. 
 
Maide.Az xəbər verir ki,  İ.İbrahimi deyib ki, bu film Azərbaycan tamaşaçısı tərəfindən böyük rəğbətlə gözlənilir, bunu nəzərə alaraq hazırda “Məhəmməd Rəsulullah (s)” filminin Azərbaycanın müxtəlif şəhərlərində o cümlədən Bakı, Gəncə, Masallı, Lənkəran və digər şəhərlərin kino zallarında nümayişi ilə bağlı danışıqlar aparırır. 
 
İ.İbrahimi deyib ki, 2017-ci ilin aprel ayında Azərbaycanın mədəniyyət günləri İranın Tehran,  İsfahan və Ərdəbil əyalətlərində keçiriləcək. 
 
Onun sözlərinə görə, bu haqda artıq lazimi razılıqlar əldə olunub və yaxın günlərdə son danışıqları aparmaq üçün Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev  İrana səfər edəcək. 
 
İ.İbrahimi deyib ki, 2017-ci ildə  Azərbaycan mədəniyyət  günlərinin İranda keçirilməsindən sonra  Azərbaycanda İranın mədəniyyət günləri də keçiriləcək. (qafqaz.ir)
 
 

Google+ WhatsApp ok.ru