Apreldə Suriyada parlament seçkiləri keçirilə bilər

Suriya prezidenti Bəşər Əsəd ölkədə parlament seçkilərinin keçirilə biləcəyini bildirib.
 
Maide.az  Presstv-yə istinadən xəbər verir ki, Bəşər Əsəd ötən axşam yaydığı bəyanatında aprelin 13-də Suriyada parlament seçkilərinin keçirilməsinə çağırıb.
 
Birləşmiş Ştatlar və Rusiya Suriyada atəşkəs üzrə planlarını elan ediblər. Atəşkəs fevralın 27-də gecə qüvvəyə minməlidir.
 
Fevralın 22-də açıqlanan birgə bəyanatda bildirilir ki, atəşkəs İŞİD silahlı qruplaşması, Al-Qaeda-ya bağlı Al-Nusra cəbhəsi, BMT-nin terrorçu dediyi digər təşkilatlara aid deyil./
 
 

 

Google+ WhatsApp ok.ru