Apreldə Azərbaycanın idxalı artıb, ixracı azalıb

Apreldə Azərbaycanın idxalı artıb, ixracı azalıb

2017-ci ilin yanvar-aprel aylarında Azərbaycanın ticarət əməliyyatlarının həcmi 5 milyard 595 milyon 699.93 min ABŞ dolları təşkil edib.
 
“Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ticarət əməliyyatlarının həcmi keçən ilin müvafiq dövrünə nisbətən 11.35 % artmışdır.
 
İdxal əməliyyatları üzrə 2 milyard 164 milyon 997.72 min ABŞ dolları (Keçən ilin müvafiq dövrünə nisbətən 16.53 % azalmışdır), ixrac əməliyyatları üzrə 3 milyard 430 milyon 702.21 min ABŞ dolları (Keçən ilin müvafiq dövrünə nisbətən 41.11 % artmışdır) təşkil edib.
 
4 ay üzrə saldo 1 milyard 265 milyon 704.49 min dollar olub. Azərbaycanın Apreldə ixarcı 824 milyon 459.67 dollar, idxalı 642 milyon 263.87, saldo müsbət 182 milyon 195.80 dollar olub.
 
Yanvarda idxal 450 milyon 16.46 min dollar, Fevralda 530 milyon 330.88 dollar, Martda isə 542 milyon 386.51 min dollar təşkil etmişdi.
 
Yanvarda ixrac 811 milyon 467.63 dollar, Fevralda 914 milyon 754.99 dollar, Martda isə 880 milyon 19.93 min dollar təşkil etmişdi. Beləliklə, Mart ayı ilə müqayisədə Azərbycanın ixracı azalıb, idxalı isə artıb. /

Google+ WhatsApp ok.ru