Rusiya 140 tona yaxın Azərbaycan məhsullarını geri qaytarıb

Rusiya 140 tona yaxın Azərbaycan məhsullarını geri qaytarıb

“2021-ci ilin iyul ayında “Rosselxoznadzor”un Qafqaz Regionlararası İdarəsi tərəfindən Azərbaycandan və İrandan gətirilən 20 min 997 ton tərəvəz və meyvə yoxlanılıb. Karantin fitosanitar nəzarəti zamanı karantin tətbiq edilən zərərli orqanizmlərin aşkarlandığı bitkiçilik məhsulları (hər biri 8 mal partiyası olmaqla) Rusiya ərazisinə buraxılmayıb”, - deyə “Rosselxoznadzor”dan bildirilib.
 
Qadağan olunmuş məhsullar arasında Azərbaycandan 82,2 t təzə pomidor və 54,8 t təzə nektarin olub. Yüklər ixracatçı ölkələrə geri qaytarılıb.
 
Xidmətin məlumatına görə, yük sahibləri Rusiya qanunvericiliyinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunublar.

Google+ WhatsApp ok.ru