Aprelin ilk günü hava necə olacaq?

Aprelin ilk günü hava necə olacaq?

-- hava şəraiti dəyişkən buludlu olacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
 
Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.
 
Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 8-11, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.
 
 
Atmosfer təzyiqi normadan yuxarı 773 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 3-7, gündüz 13-17 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.(trend.az)
 

Google+ WhatsApp ok.ru