AİP Xocalı faciəsi qurbanlarının abidəsini ziyarət edib -FOTO

AİP Xocalı faciəsi qurbanlarının abidəsini ziyarət edib -FOTO

Azərbaycan İslam Partiyası fevralın 26-da Xətai rayonunda ucaldılan Xocalı faciəsi qurbanlarının abidəsini ziyarət edib. Partiya funksionerləri abidə önünə gül qoyaraq qoyaraq faciə qurbanlarının xatirəsini yad edib və ruhları üçün dualar oxuyub.
 
Maide.Az İslaminSesi-nə istinadla ziyarət mərasimindən lentə alınan görüntüləri sizlərə təqdim edir.
 
Qeyd edək ki, Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb ki, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70 nəfəri qocadır. 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150-sinin taleyi indi də məlum deyil.
 
 
 
 
 
 
 
 
 
 

 

Google+ WhatsApp ok.ru