Aqrar sahə uzunmüddətli, aşağı faizli kreditə möhtac

Aqrar sahə uzunmüddətli, aşağı faizli kreditə möhtac

"Exo" qəzetində "Azərbaycan aqrar sektoru "uzun" pullarsız boğulur"   sərlövhəli məqalə diqqəti cəlb edir.
 
Müəllif aqrar sektorun inkişafına maneələr və bunun səbəblərini ekspertlərlə araşdırır.
 
"Azərbaycanda aqrar sektorun inkişafı müxtəlif vasitələrlə əngəllənir, o cümlədən "uzun" kreditlərin yetərsizliyi, müasir texnologiyanın tətbiq olunmaması, aqrokompleksin inkişafına xarici investisiyanın tətbiqindəki passivlik bu sıradadır". Bu səbəbləri qəzetə iqtisadçı ekspertlər şərh edirlər.
 
Ekspertlər Azərbaycan Mikromaliyyələşdirmə Assosiasiyasının 20 milyard manat kredit verməsi haqda məlumatını da şərh edirlər: "İlk növbədə əhəmiyyətli göstərici kimi görünür, bir "əmması" olmasa. Bu kreditlərin 5 milyon nəfər insana verildiyi deyilir, orta hesabla hər adama 400 manat kredit deməkdir. Assosiasiyanın bu vəsaitin kənd təsərrüfatının inkişafına ayırlmasını deməsi gülməlidir. Belə yanaşma ilə biz heç zaman arzu olunan nəticələrə yetə bilmərik, çünki bu məbləğ hətta mikromaliyyələşdirmə üçün də olduqca azdır".
 
Ekspertlər deyirlər ki, yüksək faiz səbəbindən aqrar sahə kommersiya banklarından kredit götürə bilmir, sahənin inkişafı isə milyardlar tələb edir, hökumət bütün xərcləri öz üzərinə götürməyi düşünmür və yeganə variant kimi xarici investisiya cəlb etmək qalır: "Bu iqtisadiyyatın o sahələrindəndir ki, aşağı faizlə "uzun" kreditlərə ehtiyac var, ayrı-ayrı kənd təsərrüfatı sahələri var ki, ilk gəliri ancaq bir neçə ildən sonra gətirir. Bir hektar sahənin bərpası 5-8 milyon manata başa gəlir".
 
Ekspertlər deyirlər ki, Azərbaycan kənd təsərrüfatında məhsuldar torpaq çatışmazlığı və uzun müddət baxımsız qalaraq indi istifadəyə yararsız olan torpaq sahələri, su təchizatı kimi problemlər var, sonuncu problem hələ kritik olmasa da yaxın illərdə özünü göstərəcək.
 
Ekspertlər isə problemin həllini belə görürlər: "Aqrar sektorun inkişafını investisiya hesabına həll etmək olar. Bunun üçün qanunvericilik bazası liberallaşdırılmalı, məhkəmə sistemində islahatlar getməli, vergi ödəmələri azaldılmalı və s. islahatlar aparılmalıdır".
 
Ekspertlər pambıqçılığın, üzümçülüyün, tütünçülüyün inkişafı ilə bağlı dövlətin proqramlar qəbul etməsini doğru saymırlar və keçmiş SSRİ-nin təcrübəsinə istinadən bunun doğru yol olmadığını deyirlər.
 
Onların fikrincə, bu sahənin inkişafına xarici sərmayə və yeni texnologiya lazımdır, amma Azərbaycan bu sahədə zamanla ayaqlaşa bilmir.(contact)
 

Google+ WhatsApp ok.ru