Aqrar sahənin sığorta problemi

Aqrar sahənin sığorta problemi

“Sfera.az” saytında yer lan “Kənd təsərrüfatı istehsalçılarının sığorta dərdi sərlövhəli məqalədə sığorta problemi dəyərləndirilir. 
 
Müəllif deyir ki, hər dəfə havaların qeyri-sabit keçməsi nəticəsində kənd təsərrüfatına zərər dəydikdə sığorta məsələsi aktuallaşır.
 
Kənd təsərrüfatı məhsulları istehsalçıları bildirirlər ki, onların çoxu sığortası olmadığı üçün ziyanı özləri qarşılamalı olurlar.
 
Azərbaycanda “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun qüvvədədir, amma qanunun tətbiq edildiyi müddətdə kənd təsərrüfatında sığorta problemi öz həllini tapmadığı üçün yeni qanuna ehtiyac yaranıb.
 
Müəllif vurğulayır ki, kənd təsərrüfatında sığorta olduqca vacibdir, belə ki, kənd təsərrüfatı digər sahələrlə müqayisədə daha riskli sahə olduğundan burada sığortasız gəlir əldə etmək çətindir.
 
Aqrar sektorda istehsalçıları normal sığorta təminatı əldə etsə, onların investisiya cəlbediciliyi artacaq və sektora böyük həcmdə kredit qoyuluşu baş verəcək. 
 
Müəllif deyir ki, sığorta sisteminin normal işləməsi ikitərəfli məsələdir,   mexanizm təkmil olmalı, kənd təsərrüfatı istehsalçıları üçün əlverişli şərait yaratmalıdır: “...fermerlər, istehsalçılar öz təsərrüfatlarının qorunmasında maraqlıdır. Lakin sığorta şirkətləri aqrar sahənin sığortalanmasına maraq göstərmirlər. Hesab edirlər ki, aqrar sektor çox riksli sahədir”.
 
Elə buna görə də yeni sığorta qanununun tətbiqi təmin edilməli və kənd təsərrüfatı istehsalçılarının riskləri sığortalanmalıdır.
 

Google+ WhatsApp ok.ru