Arakanda müsəlman kəndlərini buldozerlə dağıdıblar - FOTO

Arakanda müsəlman kəndlərini buldozerlə dağıdıblar - FOTO

-- `bu etnik təmizləmədir`

İnsan Haqları Monitorinq Təşkilatı Myanma Arakan bölgəsində rohincaların zülmdən qaçaraq tərk etdiyi kəndlərin buldozerlə dağıdıldığını açıqlayıb.
 
Maide.Az "NTV Türkiyə"yə istinadən xəbər verir ki, peyk vasitəsilə çəkilən görüntülərdə kəndləri yerlə-yeksan edildiyi ortaya çıxıb.
 
Məlumata görə, 55 müsəlman kəndi buldozerlə dağıdılıb.
 
Myanma hökuməti isə faktlara bəhanə gətirərək "kəndləri yeniləyirik" açıqlamasını veriblər.
 
İnsan Haqları Monitorinq Təşkilatının Asiya üzrə direktoru Bred Adams deyib ki, Myanma hökuməti kəndlərdə törədilən qətliamların izini itirmək üçün bu addımı atıb.
 
O, bunun etnik təmizləmə olduğunu deyib.
 
Qeyd edək ki, Myanmada hökumət, ordu və ifratçı buddistlər tərəfindən işgəncələrə məruz qalan 700 minə yaxın müsəlman qaçaraq Banqladeşə sığınıb.
 

Google+ WhatsApp ok.ru