Arakanda müsəlmanlara qarşı qətliamın izləri aradan aparılır 21 Fevral 2018 02:00 Dünya -- Banqladeşə sığınan Arakan müsəlmanlarının sayı 688 minə çatıb Myanmada hökumətin boşaldılan Arakan kəndlərində etdiyi kimi kütləvi məzarları da aradan aparmağa çalışırlar. Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Qardian qəzeti “Arakan Project” adlı bir qeyri-hökumət təşkilatının məlumatlarına əsaslanaraq, verdiyi xəbərə görə, özəl şirkətlərə məxsus buldozerlər Myanma rəhbərliyinin əmri ilə məzarları hamarlayır. Keçən aylarda Arakan əyalətində iki kütləvi məzarlıq tapılmışdı və bunlar etnik təmizlənməyə sübut kimi göstərilmişdi. İndi isə Buthidunq qəsəbəsindəki kütləvi məzarın məhv edilməsinə başlanılıb, qətliamın izləri aradan qaldırılır. Digər tərəfdən, hökumət sözçüsü Zau Htay da məhv edilən kütləvi məzarlar haqqında bir sübut olmadığını bildirərək, verilən suallara cavab verməkdən imtina edib. Bu arada, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Myanmadakı zorakılıq hadisələrindən qaçıb Banqladeşə sığınan Arakan müsəlmanlarının sayının 688 minə çatdığını bildirib. ÜST-nin sözçüsü Kristian Lindmayer, BMT-nin Cenevrədəki ofisində keçirilən mətbuat konfransında çıxış edərək, rohincalı müsəlmanların gəlməsi ilə Banqladeşin Coxs bazar regionunun dünyanın ən sıx əhaliyə malik regionlarından birinə çevrildiyini deyib. 2017-ci ilin 25 avqust tarixindən etibarən Myanma ordusu və radikal buddistlərin hücumundan qaçaraq Banqladeşə sığınan müsəlmanların sayının 688 minə çatdığını bildirən Kristian Lindmayer, əvvəlki mühacirət dalğalarında da Coxs bazarına 212500 rohincalının sığındığını xatırladıb. O, yerli xalqla birlikdə təxminən 1,3 milyon insanın yaşadığı bu bölgədə bir çox xəstəlik yaranması barədə də xəbərdarlıq edib. Düşərgələrdə yaşayan rohincalılara təqdim olunan tibbi xidmətlərin sürətlə artırılmalı olduğunu deyən Kristian Lindmayer, qarşıdakı bir il ərzində düşərgələrdə 60 min uşağın doğulmasının gözləndiyini qeyd edib. BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığının sözçüsü Andrey Mahecic isə Banqladeş-Myanma sərhədində yerləşən bölgədəki Tombru kanalında 1300 ailədən ibarət 5300 vətəndaşın yaşadığını bildirib. Buradakı ailələrin təhlükəsizlik qorxusu səbəbilə Myanmadakı evlərinə qayıda bilmədiyini vurğulayan Mahecic, Banqladeş hökumətinə bu şəxslərin sığınacaq müraciətlərinin qəbul edilməsi üçün müraciət edib. Teqlər : #Arakanda müsəlmanlara qarşı qətliamın izləri aradan aparılır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyə - İran sərhəd qapısı fasiləsiz işləyəcək Müsəlmanlar əleyhinə təbliğat cəmiyyəti zəhərləyir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO