Arakanlı müsəlmanlar üçün vaxt azalır 24 İyul 2018 01:00 Dünya BMT-nin Təhlükəsizlik Şurasının iyul ayı üzrə sədri, İsveçin BMT-də daimi təmsilçisi Olof Skoog, Arakan böhranının həll olunması üçün Təhlükəsizlik Şurasının daha çox cəhd göstərməsinin lazım olduğunu vurğulayıb. Maide.Az xarici KİV-ə istinadən xəbər verir ki, BMT-nin Myanmar üzrə xüsusi təmsilçisi Christine Schraner Burgener, Myanmara səfərinin ardından BMT Təhlükəsizlik Şurasını ilk dəfə qapalı iclasda məlumatlandırıb. Hollandiyanın BMT-də daimi təmsilçisi Lise Gregoire van Haaren, Arakanlı qaçqınların Myanmar Təhlükəsizlik Qüvvələrinin zorakılığından qaçıb Banqladeşə sığınmalarının üzərindən demək olar ki bir il keçdiyini xatırladaraq, "Vaxt gedir, günahkarların cavab verməsi lazımdır. Güvənli addımlar atılmalıdır"-deyə çıxış edib. BMT-nin məlumatına görə, 2017-ci il 25 avqustdan sonra 1 ay müddətində 10 minə yaxın arakanlı ifratçı buddistlər və Myanma ordusu tərəfindən vəhşicəsinə qətlə yetirilib, 700 minə yaxın müsəlman isə Myanma ordusunun zülmündən qaçaraq Banqladeşə sığınıb. Beynəlxalq İnsan Haqları Təşkilatları, paylaşdıqları peyk görüntüləriylə yüzlərlə kəndin yox edildiyini göstərdilər. Arakanlı müsəlmanların torpaqlarına dönməsi üçün Myanmar və Banqladeş dövlətləri arasında imzalanan razılaşma, didərgin düşənlərin vəziyyətini rəsmiləşdirmək mümkün olmadığı üçün həyata keçirilə bilmir. Teqlər : #Arakanlı müsəlmanlar üçün vaxt azalır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dünyanın `ən çirkli` 25 şəhəri məlum oldu. Yunanıstanda meşə yanğınları nəticəsində ölənlərin sayı 53-ə çatıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO