Arakanlı müsəlamnar `bir daha əsla`  şüarı ilə etiraz aksiyası keçirdi

Arakanlı müsəlamnar `bir daha əsla` şüarı ilə etiraz aksiyası keçirdi

Myanma ordusunun zülmündən və qətliamından qaçaraq qonşu ölkə Banqladeş sığınan Arakanlı müsəlmanlar, ordu müdaxilələrinin ildönümündə etiraz aksiyası təşkil edib. 

Maide.Az  xarici KİV-lərə istinadən xəbər verir ki, on minlərlə Arakanlı müsəlman qaçqın, Banqladeşdəki 'dünyanın ən böyük qaçqın düşərgəsində' "Bir daha əsla" şüarı ilə ədalət tələb edib. 

Etiraz aksiyasına təxminən 40 min Arakanlı müsəlman qatılıb.

Onlar evlərinə qayıda bilmək üçün birlikdə dua ediblər. 

Qeyd edək ki, ötən ilin avqust ayının 25-dən Myanmarda müsəlmanlar əleyhinə kütləvi zorakılıq və soyqırım başlayıb.

Bunun nəticəsində 900 minə yaxın müsəlman öz yurd-yuvasından didərgin düşərək Banqladeşə sığınıb. Kütləvi qırğınlar nəticəsində 10 minə yaxın müsəlman öldürülüb.

BMT  ordu və ifratçı buddistlərin bu qırğınlarını "etnik təmizləmə" adlandırıb.    

Google+ WhatsApp ok.ru