Arakanlı müsəlmanların həyatı təhlükədə

Arakanlı müsəlmanların həyatı təhlükədə

 

"Human Rights Watch" tərəfindən yayımlanan hesabatda həddindən artıq sıxlıq, hərəkət ərazisi məhdudiyyəti və natəmiz düşərgələrdə yaşamağa məcbur edilən qaçqınların koronavirusa qarşı müdafiəsiz qoyulduğu bildirilir.
 
Maide.Az "Anadolu" agentiliyinə istinadla xəbər verir ki,  hesabatda bildirilir ki, sözügedən düşərgələrdə 40 nəfər eyni ayaqyolundan, 600 nəfər isə eyni su mənbəsindən istifadə edir. Bu isə epidemiyanın yayılmasını asanlaşdırır.
 
Düşərgələrin həddindən artıq sıx olduğu üçün insanlar arasındakı məsafəni qorumağın mümkün olmağına diqqət çəkilən hesabatda, qaçqınların hərəkətlərinə bilərəkdən məhdudiyyət qoyulduğu deyilir.
 
Hesabatda təxminən 350 min nəfərin sağlamlıq fəlakətinin astanasında olduğu xəbərdarlığı edilir və düşərgələrdə koronavirusla bağlı hər hansı bir testin aparılmadığı vurğulanır.
 
"Human Rights Watch"un Asya direktoru Brad Adams bildirib ki, Myanmarda indiyə qədər sadəcə 300 nəfər koronavirus testindən keçirilib. Ölkənin Baş Nazirlik sözcüsü Zu Htay isə bildirib ki, insanların yaşayış tərzi və qidalanma forması onları koronavirusdan qoruyur.
 
Ümumdünya Səhiyyə təşkilatı Myanmarın səhiyyə vəziyyətinin dünyadakı ən zəif səhiyyə sistemlərindən biri kimi dəyərləndirib.

 

Google+ WhatsApp ok.ru