Arakanlı müsəlmanlar musson yağışların yaratdığı fəsadlarda həlak olur

Arakanlı müsəlmanlar musson yağışların yaratdığı fəsadlarda həlak olur

-- Banqladeş rəsmiləri qaçqınları uzaq adalara yerləşdirməyə qərar verib.

İyunun 11-i Banqladeşdə musson yağışlarının başlanması ilə bu ölkənin cənubunda biri uşaq olmaqla 12 arakanlı müsəlman həlak olub.
 
Maide.Az "deyerler.org" -a istinadən xəbər verir ki, ölümlərin əksəriyyətinin Koks Bazar və Rengmani bölgələrində son 3 gün ərzində ani yağışların yağması ilə baş verdiyi bildirilib.
 
Koks Bazarda iki yaş yarımlıq arakanlı bir uşağın torpaq divarının dağılması nəticəsində öldüyü qeyd olunub. Arakanlı bir kişi intensiv yağış səbəbi ilə başına düşən bir ağac budağı səbəbindən həlak olub.
 
Koks Bazar sahil zonasında əksəriyyəti arakanlı müsəlmanların bambuk ağaclarından və plastik listlərdən ibarət olan evlərdə yaşayırlar. Myanmadakı hərbi hücumlara görə bölgədəki qaçqınların sayı keçən ilin yayından etibarən artıb.
 
Ötən həftədən etibarən, musson yağışları səbəbilə təxminən 1500 daxmaya zərər dəyib. Bölgəni ziyarət etdikdən sonra, hökumət rəsmiləri beynəlxalq yardım təşkilatlarının köməyi ilə bu regionlardan ilk 100 min arakanlı qrupu regiondan çıxarmağa qərar verib. Təxminən 200 min insanın həyatı təhlükədə olsa da, BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığı (UNHCR) sığınacaq çatışmazlığı səbəbindən qaçqınları yenidən yerləşdirməyin çətin olduğunu açıqlayıb.
 
Banqladeş rəsmiləri qaçqınları uzaq adalara yerləşdirməyə qərar verib.
 

Google+ WhatsApp ok.ru