Arakanlılar indi də orqan mafiyasının zülmünə məruz qalır

Arakanlılar indi də orqan mafiyasının zülmünə məruz qalır

Myanma radikal buddist hökumətin zülm və işgəncələrindən qaçaraq Banqladeşə sığınan Arakan müsəlmanları orada müxtəlif çətinliklərlə üzləşirlər.
 
Maide.Az “Dünya bülleteni”nə istinadən xəbər verir ki, yaşamaq üçün əlverişli təbii şəraiti olmayan Uxia bölgəsindəki düşərgələrə yerləşdirilən arakanlılar, orqan mafiyası və insan alveri qruplaşmalarının əsas hədəfinə çevriliblər.
 
Son olaraq Məhəmməd Zaber adlı gənc qarın ağrısı şikayəti ilə xəstəxanaya yerləşdirildikdən sonra orada ölüb. Gəncin ailəsi meyitə baxış keçirərkən daxili orqanlarının yarılaraq götürülmüş vəziyyətdə olduğunu görüblər.
 
Onlar həkimləri məhkəməyə veriblər.
 
Acınacaqlı vəziyyətlə əlaqədar BMT-yə çağırış edilib.
 
BMT-nin məlumatına görə, 2017-ci il 25 avqustdan sonra 1 ay müddətində 10 minə yaxın arakanlı ifratçı buddistlər və Myanma ordusu tərəfindən vəhşicəsinə qətlə yetirilib, 700 minə yaxın müsəlman isə Myanma ordusunun zülmündən qaçaraq Banqladeşə sığınıb.
 
Beynəlxalq İnsan Haqları Təşkilatları, paylaşdıqları peyk görüntüləriylə yüzlərlə kəndin yox edildiyini göstərdilər.
 
Arakanlı müsəlmanların torpaqlarına dönməsi üçün Myanmar və Banqladeş dövlətləri arasında imzalanan razılaşma, didərgin düşənlərin vəziyyətini rəsmiləşdirmək mümkün olmadığı üçün həyata keçirilə bilmir.
 

 

Google+ WhatsApp ok.ru