Arakan müsəlmanlarıı üçün növbəti böyük təhlükə

Arakan müsəlmanlarıı üçün növbəti böyük təhlükə

-- Hazırda 100 minə yaxın qaçqın sel sularının altında qalmaq təhlükəsi ilə üz-üzədir

Myanmada buddistlərin zülmündən qaçaraq Banqladeşə sığınan Arakan müsəlmanlarını (rohincalar) daha bir təhülkə ilə üz-üzə qalıblar.
 
Maide.az “İQNA”ya istinadən xəbər verir ki, sığınacaqların yerləşdiyi bölgədə Musson yağışları intensivliyini artırıb və nəticədə torpaq sürüşməsi və daşqınlar meydana gətirib.
 
Hazırda rohincalar yağışdan qorunmaq üçün etibarlı olmayan bambuk ağaclarından hazırlanmış çadırlarda yaşamağa çalışırlar.
 
Myanmada buddistlərin işgəncəsindən qaçaraq canını güclə qurtaran arakanlılar, indi də çətin təbii şəraitlə mübarizə aparmaq məcburiyyətində qalıblar.
 
Hazırda 100 minə yaxın qaçqın sel sularının altında qalmaq təhlükəsi ilə üz-üzədir. Yağışların apreldə daha da şiddətlənəcəyi gözlənilir.
 
Qeyd edək ki, ötən ilin avqustundan etibarən Myanmada 10 minə yaxın müsəlman işgəncə ilə öldürülüb. 680 min nəfər isə Banqladeşə sığınıb.
 

 

Google+ WhatsApp ok.ru