Aramsız yağışlardan sonra çaylarda mövcud vəziyyətlə bağlı SON MƏLUMAT

Aramsız yağışlardan sonra çaylarda mövcud vəziyyətlə bağlı SON MƏLUMAT

Ötən günlər ərzində yağan leysan xarakterli intensiv yağışlar nəticəsində respublika çaylarında, xüsusən də Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub.
 
Maide.Az xəbər verir ki, bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentin məlumat verilib.
 
Məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-180, Kiçik Qafqazın çaylarında 120-280, Lənkəran-Astara bölgəsi çaylarında 200-600 , Naxçıvan MR çaylarında isə 190 faizini təşkil edir.
 
Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, oktyabrın 6-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 18 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 145 m3/s olmaqla ongünlük normanın 90 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 137 m3/s olmaqla ongünlük normanın 85 faizini təşkil edib.
 
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 42 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 146 m3/s olmaqla, ongünlük normanın 153 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 64 m3/s təşkil edərək ongünlük normanın 67 faizinə bərabər olub.
 
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, oktyabrın 6-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 10, Şirvanda 18, Salyanda 14, Araz çayının Novruzlu məntəqəsində 40 sm artım, Bankədə isə 2 sm azalma qeydə alınıb.
 
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 436 sm (2016-cı il oktyabrın 06-da 433 sm), Şirvanda 313 sm, Salyanda 264 sm (2016-cı il oktyabrın 06-da 321 sm), Bankədə 213 sm (2016-cı il oktyabrın 06-da 241 sm), Araz çayının Novruzlu məntəqəsində isə 140 sm (2016-cı il oktyabrın 06-da 160 sm) təşkil edir.

Google+ WhatsApp ok.ru