Araz Əzimov: Beynəlxalq Təmas Qrupu Əfqanıstanda münaqişənin həllinə dair əməkdaşlıqda çox maraqlıdır 28 İyun 2018 01:00 Dünya -- Bu, çox mühüm siyasi platformadır. "Bizim birgə məqsədimiz Əfqanıstan və ölkədən kənarda sülh və təhlükəsizliyə dair bir sıra hədəflərimizə nail olmaqdır". Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Bakıda keçirilən Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısında açılış nitqində deyib. Nazir müavini bu platformanın əhəmiyyətini qeyd edib: "Bu, çox mühüm siyasi platformadır. Geniş tərkibdən ibarət Beynəlxalq Təmas Qrupu Əfqanıstanda münaqişənin həllinə dair əməkdaşlıqda çox maraqlıdır. Biz bu işə kömək göstərməyə və əməkdaşlıq etməyə, birgə səylərimizi daha da inkişaf etdirməyə şadıq. Mən həmçinin məmnunam ki, biz bunu dost və qardaş ölkə üçün edirik". A.Əzimov bildirib ki, Azərbaycan Əfqanıstanla ümumi tarixi və mədəniyyəti bölüşür: "Ümid edirəm ki, gələcəkdə bizim millətlər daha sıx əlaqədə olacaq". Nazir müavini bugünkü görüşün çox məhsuldar olacağına ümidvar olduğunu deyib. O, Əfqanıstanda qarşıdakı seçkilərə də toxunub: "Oktyabrda Əfqanıstanda keçiriləcək parlament seçkilərinin yaxşı təşkil olunacağına və nəticələrinin gələcəkdə sabitliyin möhkəmlənməsinə xidmət edəcəyinə inanırıq. Həmçinin bu seçkilər növbəti prezident seçkiləri üçün yaxşı platforma yaradacaq". Teqlər : #Araz Əzimov: Beynəlxalq Təmas Qrupu Əfqanıstanda münaqişənin həllinə dair əməkdaşlıqda çox maraqlıdır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda tarixi sülh danışıqları başladı Bəhreyndə siyasi məhbuslara dəstək aksiyaları keçirilir - VİDEO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO