Araz Quliyevin ailə üzvləri prezidentə müraciət etdi

Xəbər verildiyi kimi 2014-cü il dekabr ayının 22-də 14 saylı cəzaçəkmə müəssəsində məhkum Elşad Babayev həbsxana nadzorları tərəfindən amansızcasına döyülərək qətlə yetirilib.Bu cinayətdən sonra dustaqlar həbsxana daxilində etiraz aksiyası keçiriblər. Etiraz aksiyasını keçirən dustaqlar arasında islamçı məhbuslar da olub.Və yuxarı qurumlar cinayəti ört-bastır etmək üçün adı çəkilən həbsxanada olan məhbusların bir qismi xüsusi təyinatlılar tərəfindən gecə yatdıqları yerdə döyülərək qeyri-müəyyən həbsxanalara aparılıb.Həmən məhkumlardan yalnız bir neçəsinin yerini təyin edən valideynlər yaxınları ilə neçə gündür ki, görüşə bilmirlər.Ailə üzvləri Penitensiar Xidmətə, Prezident Aparatına, Respublika Prokuorluğuna, Ombudsman Aparatına, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədrinə, Ədliyyə Nazirliyinə və digər dövlət qurumlarına müraciət etsələr də verilən cavab onları qane etməyib.
Cenubnews.com xəbər verir ki,ötən gün Araz Quliyevin ailə üzvləri Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı numayəndəliyinə müraciət edib.
BQXK-dən bu gün Araz Quliyevin ailə üzvlərinə zəng edərək bildiriblər ki,"Araz Quliyevin səhhətində heç bir problem yoxdur.O, şənbə günü sizə zəng edib danışacaq". /

 

Google+ WhatsApp ok.ru