Araz Quliyevin Apellyasiya Məhkəməsi yenə təxirə salındı

İslamçı məhbus, jurnalist Araz Quliyevin Apellyasiya Məhkəməsi yenə təxirə salınıb.
Bu barədə islamazeri.az-ın məhkəmədə iştirak edən əməkdaşı məlumat verib. Bildirib ki, islamçı məhbus Araz Quliyevin Apellyasiya Məhkəməsi mayın 18-nə təxirə salınıb. 
Qeyd edək ki, Qobustan həbsxanasına köçürülən Araz Quliyevin həbsxanaya keçirilməsi barədə qərardan şikayət Bakı Apellyasiya Məhkəməsində icraata verilmişdi. Mayın 6-da onun Apellyasiya Məhkəməsi planlaşdırılmışdı. Lakin  "Velosiped" turu ilə əlaqədar olaraq ölkə ərazisindən keçən bəzi yolların bağlı olduğundan həmin yollarda nəqliyyatın hərəkətinin məhdudlaşıdırılması Apellyasiya məhkəməsi bu günə təxirə salınmışdı.
Bu gün də Bakı Apellyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulovun icraatına verilən iş yenə təxirə salınıb. Hakim məhkəmədə bir neçə dəqiqəlik işlə tanış olduqdan sonra məhkəmənin mayın 18-nə təxirə salındığını bildirib./
 

Google+ WhatsApp ok.ru