Araz Quliyevin məhkəməsi keçirildi

Maide.az-ın məlumatına görə, bu gun Bak Bakı Apellyasiya Məhkəməsində Cenubnews.com saytının baş redaktoru Araz Quliyevlə bağlı verilən şikayətə baxılıb. Hakim Vaqif Mursaqulov verilən şikayəti əsassız sayaraq hökmü qüvvədə saxlayıb.
 
Qeyd edək ki, mart ayının 19-da 14 saylı Cəzaçəkmə Müəssisəsində səyyar məhkəmə keçirilib.14 saylı CÇM-də keçirilən məhkəmədə Qaradağ Rayon Məhkəməsi Araz Quliyevi 3 il müddətinə Qobustan Qapalı həbsxanasına köçürülməsi haqqında qərar qəbul edib.Qərarda qeyd edilib ki, Cenubnews.com-un (Xeber44.com) təsisçi-baş redaktoru A.Quliyev həbsxanada intizam qaydalarını pozur, müəssisənin təmir işlərinə köməklik etmir.Dustaqlar arasında dini təbliğat aparır, dini mərsiyələr oxuyur.

Google+ WhatsApp ok.ru