Şarcə - İslam Əməkdaşlıq Təşkilatının IV Halal sərgisinə ev sahibliyi edir

İslam Əməkdaşlıq Təşkilatının Orta Şərqdə IV Halal məhsullar sərgisi 08-10 dekabr tarixlərində BƏƏ-nin Şarcə şəhərində keçiriləcək.
 
Maide.az xəbər verir ki, “Orta Şərqin halal turizm” layihəsinin bir hissəsi sayılan bu sərgi Sharjah sərgilər mərkəzində baş tutacaq.
 
Şarcə  şəhərinin 2015-ci ildə Ərəb ölkələrinin turizm paytaxtı seçilməsinin ardınca, builki Orta Şərqin halal sərgisi proqramı həmin şəhərdə keçiriləcək.
 
Turizm sektorunun, dövlət qurumlarının, turizm şirkətlərinin, mehmanxanaların və aviaşirkət rəhbərləri bu tədbirdə iştirak edərək inkişaf etməkdə olan Halal bazarından daha çox faydalanmağa çalışacaqlar.
 
Bu layihənin bir hissəsi olan Orta Şərqin halal sərgisində Halal məhsul istehsal edən apatrıcı ölkələrdən  100-dən artıq nümayəndənin iştirak etməsi nəzərdə tutulur.
 
Sərgi, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm və Halal sənayedə rolunun artmasına, habelə bu ölkələrin məhsullarının və xidmətlərinin tanıdılmasına yardım edəcək. /
 

Google+ WhatsApp ok.ru