Arda Turanın qışdan sonra oynayacağı klub: razılıq verildi

Arda Turanın qışdan sonra oynayacağı klub: razılıq verildi

Ardanın yayda "Qalatasaray"a gəlişi gözlənilirdi. Lakin doğma klubuna dönməsini heç də bütün azarkeşlərin istəmədiyini bildirən futbolçu "Qalatasaray"a ziyan vermək istəmirəm, "Barselona"da qalacam" deyərək geri dönməkdən imtina etmişdi.
 
İddiaya görə, artıq "Barselona"da gələcəyini görməyən Arda "Qalatasaray" rəsmilərindən biri ilə görüşüb və qışda komandaya dönməyə razılıq verib.
 
Qeyd edək ki, Arda "Barselona"nın bu mövsüm İspaniya Super Kuboku, La Liqa və Çempionlar Liqasında keçirdiyi 8 matçın cəmi birində ehtiyat oyunçular skamyasında oturub, qalan görüşlərdə adı iştirak ərizəsinə salınmayıb. (musavat) /

Google+ WhatsApp ok.ru