Arda Turan `Barselona` azarkeşlərinin hücumuna məruz qalıb - VİDEO 09 Avqust 2016 01:00 İdman Hadisə türkiyəli hücumçunun klub bazasından avtomobili ilə çıxdığı vaxt baş verib İspaniya "Barselona"sının futbolçusu Arda Turan klub azarkeşlərinin hücumuna məruz qalıb. "Report"un məlumatına görə, hadisə türkiyəli hücumçunun klub bazasından avtomobili ilə çıxdığı vaxt baş verib. Bazanın qapısı qarşısında gözləyən bir qrup fanat onun avtomobilini saxlayaraq, ondan avtoqraf istəyib. Arda isə maşının şüşələrini açmamağı üstün tutub. Azarkeşlərin israrlı davranışı qarşılığında futbolçu əsəblərinə hakim ola bilməyib. Əvəzində fanatlar onu söyərək, avtomobilinə zərbələr endiriblər. / Teqlər : #Arda Turan `Barselona` azarkeşlərinin hücumuna məruz qalıb VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanın Rio-de-Janeyroda ilk medalı Hakimə öncə kəllə atdı, sonra yumruqladı - VİDEO