ARDNŞ: Rusiya ilə Türkiyə arasında tikilməsi nəzərdə tutulan qaz kəməri Cənubi Qafqaz Boru Kəmərinə rəqib deyil

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Rusiya ilə Türkiyə arasında qaz kəmərinin tikintisinə dair sazişi şərh edib.
 
R. Abdullayev bildirib ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından hasil edilən qazı Gürcüstandan keçməklə Gürcüstan-Türkiyə sərhədinə nəql etmək üçün nəzərdə tutulan Cənubi Qafqaz Boru Kəməri heç bir qaz kəmərinin rəqibi deyil. 
 
“Bildiyiniz kimi, Cənubi Qafqaz Boru Kəməri 2046-cı ilə qədər Azərbaycan qazını Avropaya nəql edəcək. Artıq bununla bağlı bütün məsələlər həll olunub. Düşünürəm ki, bu qaz kəmərinin həyata keçirilməsində heç bir problem yoxdur”, - deyə ARDNŞ prezidenti qeyd edib./

Google+ WhatsApp ok.ru