ARDNŞ benzin ixracını yenə dayandırdı

Dövlət Neft Şirkəti ötən ay avtomobil benzini ixracını dayandırıb.

 

Şirkətin İqtisadi Əməliyyatlar və Marketinq şöbəsinin statistikasına görə, fevralda neft məhsullarının ixracı 44.6% azalıb.

 

2015-ci fevralında Azərbaycanın neft məhsullarının ümumi ixracı 70.548 ton təşkil edib. Ay ərzində 54.070 min ton dizel yanacağı və 16.478 min ton reaktiv yanacaq ixrac olunub.Fevralda avtomobil benzinin,vakuum qazoylunun və mazutun ixracı həyata keçirilməyib.

 

2015-ci ildə neft məhsullarının ixracı 197.875 min ton,həmçinin 165.277 min ton dizel yanacağı,32.470 min ton reaktiv yanacaq və 0.178 ton mazut təşkil edib./

 

 

Google+ WhatsApp ok.ru