ARDNŞ qadın əməkdaşları işdən çıxarır

ARDNŞ-də son zamanlar qadın əməkdaşlar ixtisar edilir

Bu barədə məlumatı Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı verib.

Onun sözlərinə görə, bir neçə qadın bununla bağlı təşkilata müraciət edib: “Heydər Əliyev adına neft emalı zavodunun rəhbərliyi 300 nəfərədək işçiyə ixtisar xəbərdarlığı verib. Bu işçilərin əksəriyyəti qadınlardır. Maraqlıdır ki, ixtisar getdiyi halda bəzi hallarda kənardan işçi qəbulu müşahidə olunur. Təşkilatımız ixtisarlardan narahardır. Hazırda bununla bağlı dəqiqləşdirilmə aparılır”. interpress /

Google+ WhatsApp ok.ru