Argentina işğalçı İsraillə oynamaqdan imtina etdi

Argentina işğalçı İsraillə oynamaqdan imtina etdi

-- Fələstinlilərin etirazına görə

Argentina işğalçı İsraillə yoldaşlıq oyunu keçirməkdən imtina edib.
 
Maide.Az "Apasport.az"a istinadən xəbər verir ki, Qüdsdə keçirilməsi planlaşdırılan oyun fələstinlilərin və bütün müsəlmanların ciddi etirazına səbəb olub.
 
Hətta Fələstin Futbol Federasiyasının prezidenti Cabrail Racub yerli sakinləri Messinin şəkillərini və formalarını yandırmağa səsləmişdi. Bundan başqa bir qrup fələstinli Argentina millisinin Barselonada məskunlaşdığı bazanın qarşısında etiraz aksiyası keçirib.
 
Bütün bunları nəzərə alan Argentina tərəfi isə iyunun 9-na planlaşdırılan matçı ümumiyyətlə ləğv etməyə qərar verib. 
 

Google+ WhatsApp ok.ru