Argentina XİN: Oyunçularımız İsrail millisilə oynamaq istəmədilər

Argentina XİN: Oyunçularımız İsrail millisilə oynamaq istəmədilər

-- oyun iyunun 9-da planlaşdırılırdı

Argentina və işğalçı İsrail milliləri arasında planlaşdırılan yoldaşlıq görüşünün ləğvi futbolçuların stadiona çıxmaqdan imtina etməsinə görə olub.
 
Maide.Az "fakxeber"ə istiandən bildirir ki, bu açıqlama ilə Argentinanın XİN rəhbəri Xorxe Faurie çıxış edib.
 
X.Faurie bildirib ki, futbolçularımız matç üçün fələstinin işğal olunmuş ərazilərinə getmək istəmədilər. 
 
Qeyd edək ki, Argentina və İsrail arasında nəzərdə tutulmuş "dostluq matçı" Fələstin xalqının etirazlarından sonra Argentina tərəfindən ləğv edilmişdi. İyunun 9-na Qüdsdə keçirilməsi planlaşdırılan oyun fələstinlilərin və bütün müsəlmanların ciddi etirazına səbəb olub. 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru