Argentinalı ulduz futbolçusu Lionel Messiyə 21 ay həbs cəzası

Argentinalı ulduz futbolçusu Lionel Messiyə 21 ay həbs cəzası

İspaniyada məhkəmə "Barselona” klubunun argentinalı ulduz futbolçusu Lionel Messini   və atası Xorge Messini vergidən yayındıqları  üçün 21 aylıq həbs cəzasına məhkum edib.
 
Maide.Az xəbər verir ki,  ölkə qanunlarına görə, Lionel Messi iki ildən az müddətə həbs cəzası aldığı üçün məhkum edilməyəcək.
 
Qeyd edək ki, məşhur futbolçunun və atasının vergidən yayınmaları ilə əlaqədar məhkəmə prosesi xeyli vaxtdır davam edirdi. 
 
Onlar ofşor şirkətlər  vasitəsi ilə 4.7 milyon dollar miqdarında  vergidən yayınmaqda  ittiham olunurlar. 
 
Məhkəmə onları həmçinin  3milyon  dollar cərimə ödəməyə məhkum edib.
 

Google+ WhatsApp ok.ru