Ağrı hiss etməyən ailə

Ağrı hiss etməyən ailə

-- 6 nəfərlik Marsili ailəsi elm dünyasını təəccübləndirib.

78 yaşında bir qadın, orta yaşlı iki qızı və 3 uşaqdan ibarət olan 6 nəfərlik bir ailə alimlər tərəfindən araşdırılmağa başlanılıb. Səbəbi isə, bu italyan ailənin fiziki ağrıya qarşı böyük bir müqaviməti olması , hətta ağrını hiss etməməsidir.
 
Maide.Az "yenisafak"-a istinadən xəbər verir ki, ailəni araşdırmağa başlayan mütəxəssislər ailənin bəzi üzvlərinin bədənində sınıqlar olduğunu, ancaq ağrı hiss etmədikləri üçün fərq etmədiklərini deyib.
 
6 nəfərlik Marsili ailəsi elm dünyasını təəccübləndirib.
 
Marsili ailəsini araşdıran alimlərdən London Universitetində işləyən Doktor Ceyms Koks "Bəzən ağrı hiss edirlər, ancaq bir neçə saniyə sonra bu hiss tamamilə itir. Məsələn Letizia xizək sürərkən çiyinləri sınıb, ancaq hiss etməyib. Bütün günü xizək sürməyə davam edib, evinə qədər avtomobildən istifadə edib. Çiynində sınıq olduğunu isə ertəsi gün həkim nəzarətinə gedəndə öyrənib" sözləri ilə ailənin maraqlı hekayələrindən birini danışır. Koks ailənin digər üzvləri üzərində aparılan analizlərdə də əl və ayaqlarında daha əvvəl fərqinə varmadıqları qırıq və sınıqlar olduğunu deyir.
 
Mutasiyaya uğrayan bir gen səbəbilə ağrı hiss etmirlər
 
Ailə üzərində tədqiqatlar aparan alimlər yaşanan vəziyyətin genetik mutasiya nəticəsində yarandığını aydınlaşdırıblar.
 
"İllərlə Marsililər üzərində işlədik və sonda bu xüsusiyyətin səbəbini tapdıq" deyən Koks ailə üzvlərinin ağrı hiss etməmə səbəbinin mutasiyaya uğramış "ZFHX2" adlı bir gen olduğunu kəşf edib.
 
Siçanlar üzərində sınaq edildi
 
Tədqiqatçılar mutasiyaya uğrayan gen ilə siçanlar üzərində təcrübələr həyata keçirib. Əvvəlcə sözügedən geni təcrübə siçanından çıxaran alimlər siçanın da ağrıya qarşı dözümlülük inkişaf etdirdiyini, ancaq isti havaya qarşı reaksiya göstərdiyini müşahidə edib. Bunun üzərinə ailədən alınan DNT nümunələrini və mutasiyaya uğramış "ZFHX2" genini siçana yeridən alimlər heyvanın da eynilə Marsili ailəsində olduğu kimi ağrıya qarşı dözümlü hala gəldiyini və isti havadan da əziyyət çəkmədiyinin fərqinə varıb.
 
Doktor Koks və qrupu Marsili ailəsində olan mutasiyaya uğramış genin təsirli ağrı kəsicilər inkişaf etdirilməsində böyük töhfəsi olacağını deyir. 

Google+ WhatsApp ok.ru