Ağır işgəncələr görən məhkum infarkt keçirdi-GƏNCƏ İŞİ

Ağır işgəncələr görən məhkum infarkt keçirdi-GƏNCƏ İŞİ

2018- ci ilin iyul ayında baş vermiş Gəncə hadisələri zamanı şərlənərək həbs olunmuş Verdiyev Şahin Səməndər oğlunun yaxınlarının vetenugrunda.az-a verdikləri açıqlamaya görə, o, infarkt keçirib.

Şahin Verdiyev hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsinəköçürülüb. Vəziyyəti ağır olan Şahin kürək nahiyəsi göyərib, danışığını itirib, güclü ağrıları var.

Qeyd edək ki, Şahin Verdiyevin daxil olduğu 8 nəfərlik qrupun hazırda Sabunçu Rayon Məhəkəmsində, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə məhkəmə prosesləri keçirilir. Məhkəmə prosesində ifadə verən Ş.Verdiyev bildirib ki, ona istintaq zamanı, dəfələrlə elektroşokla işgəncə veriblər. Etmədiyi işi boynuna alsın, ona verilən hazır ifadəyə imza atsın deyə, Şahin Verdiyevə ağlasığmaz və insanlığa yaraşmayan işgəncələr verilib: "Eelektroşoku necə verdilərsə iki dəfə özümdən getdim üstümə təcili yardım çağırdılar".

Ş.Verdiyevin anası bildirib ki, onun oğlu uşaqlıqdan nevroloji problemlərdən əziyyət çəkirmiş, buna görə də daim müalicə olunurmuş: "İstintaq zamanı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin müstəntiqi Orxan Babayev oğlumun başına torba keçirib "toka" verib. Oğlum özündən gedib. Bütün işgəncələr Orxan Babayevin göstərişi ilə edilib".

Xatırladaq ki, hər həftənin 4-5-ci günləri saat 10:00-da Sabunçu Rayon Məhkəməsində bu qrupun məhkəmə prosesi keçirilir.



Google+ WhatsApp ok.ru