Aristokrat həyat tərzi mürtəcelik və İnqilaba zidd davranışdır

Aristokrat həyat tərzi mürtəcelik və İnqilaba zidd davranışdır

-- Amerika heç nə edə bilməz

Ali Rəhbər Ayətullah Xamenei bazar günü Təbrizin dindar və inqilabçı əhalisinin minlərlə nümayəndəsi ilə coşqu və sevgi dolu görüşü zamanı qeyd etdi ki, millətin “inqilab və sistemi”i “müxtəlif  təşkilat və qurumların funksiyası”ından fərqləndirilməsi sahəsindəki dərin və inqilabçı dərki xalqın bu ilki 22 bəhmən (11 fevral) ümumrespublika yürüşü zamanı sərgilədiyi fərqli və təqdirəlayiq iştirakının əsas səbəblərindəndir. 
 
Maide.Az “leader.ir” saytına isitinadən xəbər veriri ki, O, çıxışı zamanı İnqilab və onun əsas funksiyaları, İnqilabın patoloji aspektlərinin müəyyən edilməsi, faktiki mərhələnin prioritetləri və İnqilabın gələcəyi ilə bağlı mühüm fikirlər səsləndirib. 
 
Çıxışının əvvəlində bu görüşün Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət günlərinə təsadüf etdiyini vurğulayan Həzrət Ayətullah Xamenei şiə və sünni olmasından asılı olmayaraq bütün müsəlmanlara görə Cənnət qadınlarının ən üstünü hesab edilən bu böyük xanımın uca məqam sahibi olduğunu dedi: “Hər iki dünya xanımının bütün müsəlmanlara verdiyi dərs şücaət, fədakarlıq, elm və mərifət dərsidir”.
 
Təbriz əhalisinin 1354-ci ilin 29 bəhmən günü həyata keçirdiyi tarixi qiyamın  ildönümü münasibətilə baş tutan bu görüşdə Ali Rəhbər 11 fevral yürüşündən danışıb. “İnqilabın 40 illiyi ərəfəsində İslam İnqilabını müdafiə etmək üçün xalqın bu cür iştirak sərgiləməsi dünyanın heç bir inqilabında bənzəri olmayan möcüzə xarakterli bir hadisədir”.
 
Ayətulah Xamenei qeyd etdi ki, xalqın bu ilki izdihamlı yürüşünün səbəbi daxili və xarici, o cümlədən ABŞ və əhdlərinə sadiq olmayan naxələf qonşuların müxtəlif tipli düşmənçiliklərinin özünü büruzə verməsi idi: “Əlbəttə, xalq ölkənin bəzi cari məsələlərini tənqid edir. Biz onların tənqidləri, giley-güzarları və şikayətlərindən tam xəbərdarıq. Ancaq inqilab və dövlət söhbət mövzusu olduqda xalq inqilabı müdafiə etmək üçün meydana bu cür axışır”.
 
O qeyd etdi ki, xalqın ağıllı və müdrikcəsinə iştirakı millətin inqilabçı ayıqlığı, siyasi yetkinliyi, imamət və ümmətin inqilabçı sisteminin bürokratik təşkilatlardan fərqlənidirilməsi gücündən qaynaqlanır: “İstənilən fərd təkcə hökumət, məhkəmə orqanı və məclisi deyil, mənim özümü də tənqid edə bilər. Lakin tənqid millətin müqaviməti və yüz minlərlə şəhidin fədakarlığı bahasına başa gələn İnqilab və İslam dövlətinin stabitliyi ilə heç bir təzad təşkil etmir. Bu səbəbdən də xalq bütün varlığı ilə bu inqilabı müdafiə edir”.
 
Ali Rəhbər qeyd etdi ki, rəhbər, prezident və digər məsul şəxslərin birbaşa və dolayı yolla təyin edilməsində xalqın səsi və seçkilərinin rol oynaması demokratiyanın yalnız bir hissəsidir: “Demokratiyanın mənası həyatın bütün sahələrində xaqlın söz, tədbir və qərar sahibi olmasıdır. Bu da İnqilabdan əvvəlki yüzilliklərdə xalqın tamamilə funksiyasız olması, sultan və avtoritarların mütləq istibdadı ilə tam əksq qütblülük təşkil edir”.
 
“Demokratiya xarici istibdada və hegemoniyaya imkan vermir. Onun təsiri özünü ölkənin siyasi idarəçiliyindəki əsaslı dəyişikliklərdə göstərməklə yanaşı, şəhər və kəndlərin xidmət sektorlarında, Keşikçilər Korpusu, Quruculuq hərəkatı və Bəsicın yaradılması kimi böyük işlərin görülməsi ruhiyyəsinin canlanmasında göstərir”.
 
Xalqın istedadlarının çiçəkləndiriməsində demokratiyanın dərin təsirlərə malik olduğunu vurğulayan Ayətullah Xamenei səhiyyə sahəsinə aid bir nümunə qeyd etdi: “Avtoritar rejim dövründə ölkə işçi qüvvəsi baxımından zəif idi. Müalicə üçün ölkəyə Hindistan və Filippindən həkim gəlirdi. Lakin bu gün İran səhiyyə sahəsi üzrə regionun diqqət mərkəzində olan qütbüdür. Bundan əlavə, bəzi müasir və nadir elmlər sahəsində ilk yeri tutan ölkələr sırasındadır. Bütün bunlar demokratiyanın, xaqlın özünə etimadının və milli özgüvən hissinin dirilməsinin nəticəsidir”.
 
O bildirdi ki, İran xalqının böyüklüyü, izzəti və əzəməti də İslam İnqilabının funksiyalarından biridir: “Bu gün regionun bir ölkəsi var ki, gündəlik 10 milyon barel neft satışı və pulla dolu bir büdcəyə malik olmasına baxmayaraq, geridə qalmış bir ölkə hesab edilir və dünyada bu ölkədən heç bir xəbər-ətər yoxdur. Ancaq bizim ölkəyə ümumi baxış əsasında deyə bilərik ki, dini demokratiya sayəsində İran xalqı İnqilabın məşhurlaşdırdığı və önə çıxardığı bir xalqdır”.
 
Ayətullah Xamenei əlavə etdi: “Düşmənlərin İran xalqı ilə düşmənçilik etməsinin səbəbi bu həqiqətdir. Amerikalıların düşmənçiliyi şəxsən mənim özüm və ya bir neçə dövlət rəsmisi ilə deyil. Onları qəzəbləndirən və özlərindən çıxaran İran xalqının gördüyü işlərdir”.
 
Ölkənin inkişafının dini demokratiyanın nəticəsi olduğunu vurğulayan Ali Rəhbər İnqilabın üçüncü onilliyinin “İnkişaf və ədalət onilliyi” adlandırılmasına işarə edərək dedi: “Ayrı-ayrı sahələrdə inkişaf sözün əsl mənasında gerçəkləşmişdir. Ancaq etiraf edirik ki, ədalət sahəsində geri qlamışıq”.
 
Ayətullah Xamenei ədalət sahəsindəki geriliyə görə Allahdan və xalqdan üzr istənilməsinin zəruriliyini vurğulayaraq dedi: “İnşallah, dövlət rəsmiləri, işbilən və mömin kişi və qadınların səyi ilə bu sahədə də inkişaf edəcəyik”.
 
Ayətullah Xamenei bildirib ki, “İnkişafın mənası budur ki, millət öz qərarı, iradəsi, elmi və potensialına arxalanaraq ön sıralara çıxır. Bu gerçəklik İranda hiss ediləndir”.
 
Ayətullah Xamenei İranın tibb, nüvə, nano, biotexnologiya, müdafiə və kommunikasiya yolları sahəsindəki nailiyyətlərindən söz açaraq dedi: “Əgər gənclərə daha çox diqqət və qayğı göstərsək, istedad və təşəbbüslərinin gücü sayəsində uçmağa və yüksəlməyə hazırdırlar. Ancaq biz məsullar bu sahədə bir qədər səhlənkarlıq edirik; daha çox səy və fəaliyyət göstərməliyik”.
 
Ayətullah Xamenei əlavə etdi: “İranın düşmənləri son qırx ilin nailiyyətlərindən xəbərdardırlar. Ancaq xalqların bu nailiyyətlərdən elə də xəbəri yoxdur. Çünki biz təbliğatarda zəifik, az iş görürük, təşəbbüskarlığımız aşağıdır. Bu problemi aradan qaldırmalıyıq”.
 
O, dövlət rəsmilərinə bu məsələ ilə bağlı tövsiyə verdi: “Mübaliğəyə yol vermədən və yalnız şifahi yolla deyil, əməli və yaradıcı formada ölkənin müxtəlif nailiyyətlərini çatdırın ki, bu məsələlərdə bilmədən şübhəyə düşmüş bəzi məlumatsızlar gerçəklikləri dərk etsinlər”.
 
Həzrət Ayətullah Xameneinin çıxışının ikinci hissəsi İnqilabın nöqsanlı tərəflərinin məüyyən edilməsi məsələsi ilə bağlı oldu.
 
O qeyd etdi ki, bütün inqilabların ən böyük bəlası irticadır. İrticanın mənası zəifləmək, durğunluq və əvvəlki vəziyyətə qayıdışdır: “Dünyanın demək olar ki, bütün məşhur inqilabları çox keçməmiş bu bəlaya düçar olmuşdur”.
 
Ayətullah Xamenei vurğuladı ki, son qırx il ərzində İnqilabın əsas şüarlarının möhkəmlənməsi və davam etməsinin analoqu yoxdur: “İnqilab üçün zərərli olan müəyyən təhlükələr vardır”.
O, aristokratik həyat tərzi istiqamətində hərəkət, zəif və imkansız təbəqələrə diqqət və qayğı göstərmək əvəzinə varlı təbəqələrə rəğbət bəsləmək, xalqa güvənmək əvəzinə xaricilərə arxalanmağın irtica hərəkətinin nümunələrindən olduğunu vurğuladı:
 
“Cəmiyyətin ziyalı təbəqəsi fikirlərini toplasınlar, ölkə adminstrasiyası diqqətli olsun, xalq da biz rəhbər və idarəçilərin davranışlarını diqqətlə nəzarətdə saxlasınlar ki, ölkədə bu cür irticaçı hərəkətlər baş verməsin”.
 
Ayətullah Xamenei çıxışının bu hissəsini bu mühüm və təyinedici cümlələrlə yekunlaşdırdı: “Məmurların aristokratik həyat tərzi və imtiyazlı olmaq tələbi, beytül-mal məsələsində ehtiyatsızlıq, zəif və yoxsul təbəqələrə diqqət və qayğının olmaması anti-inqilabçı hərəkətlərdir, dövlətin bütün strukturları İnqilabın məqsədlərinə doğru bu baxışla hərəkət etməlidirlər”.
 
Həzrət Ayətullah Xamenei çıxışının üçüncü hissəsində ölkənin hazırkı prioritetlərindən söz açaraq iqtisadiyyatın çox mühüm əhəmiyyət daşıdığını dedi.
 
O bildirdi ki, xalqa və daxili potensiallara arxalanmaq iqtisadi problemlərin əsas həlli yoludur: “Dəfələrlə qeyd etdiyim kimi, müqavimət iqtisadiyyatı və onun dövlət rəsmiləri tərəfindən təsdiq edilmiş siyasətləri daxildə mühasirədə olmaq deyil, əksinə xaricə hədəflənmiş endogendir. Buna görə də deməsinlər ki, dünya ilə rabitədə olmaq istəyirik. Çünki dünya ilə rabitə müqavimət iqtisadiyyatı ilə mümkündür. Etimad və güvən yadlara deyil, xalqa olmalıdır”.
 
O, daxili investisiyalar, istedad və potensialların istifadəsində tədbirə ehtiyac duyulduğunu dedi: “Daxili iqtisadiyyatın inkişafında yaxşı ixracata, ehtiyac duyulduğu qədər idxalata və xarici investisiya cəlbinə ehtiyac var. Ancaq səlahiyyət və işin idarəçiliyi daxili rəhbərliyin əlində olmalı və iş yadlara həvalə edilməməlidir”.
 
O, on il bundan əvvəl bəzi inkişaf etmiş Şərqi Asiya ölkələrinin iqtisadiyyatının məruz qaldığı zəlzələ və ağır zərbənin böyük bir ibrət olduğunu dedi: “Bu ölkələri bir gecənin içində yoxsulluq və fəlakətə sürükləmiş bu zərbə xarici investisiyadan asılılığın nəticəsi idi”.
 
Ali Rəhbər ölkənin BFKP və nüvə danışıqlarında xaricə etimad və güvəndən faydalanmamasına işarə edərək dedi: “Biz BFKP-da xaricilərə etimad göstərməyin nəticəsini gördük. Nüvə danışıqlarında onlara etibar etdik, ancaq heç bir xeyrimiz olmadı. Əlbəttə, xoşbəxtlikdən aidiyyatı şəxslər bu məsələdə yaxşı manevr edirlər. Xarici işlər naziri – ona təşəkkür etməliyik – amerikalıların mənfurluğuna və avropalıların nala-mıxa vurmasına yaxşı və güclü reaksiya verir. Bu istiqamət davam etdirilməlidir”.
 
Ali Rəhbər dedi: “Yaddan faydalanmaq olar, ancaq ona etimad etmək və güvənmək olmaz. Çünki müxtəlif vasitələrlə ölkənin taleyinə hakim  kəsiləcək. Bütün rəsmilər qeyd olunan çox mühüm məsələni diqqət mərkəzində saxlamalıdırlar”.
 
O, xalqın təzyiq və sanksiyalar şəraitindəki qırx illik zəhmətini daşlar üzərində hərəkət etməyə bənzətdi: “Buna baxmayaraq, inkişaf etmişik. Bu gerçəklik xalqın və ölkənin gücünün göstəricisidir”.
Faktiki prioritetlərin başqa bir hissəsindən danışarkən Ayətullah Xamenei cihad idarəçiliyinin bürokratiyadan üstün tutulmasının zəruriliyini vurğuladı: “İcraedici və məhkəmə orqanları, habelə bütün sektorlar mübariz idarəetmə, yəni tədbirli zəhmət prinsipini rəhbər tutaraq işlərin irəli geməsində gecə-gündüz bilmədən çalışmalıdırlar”.
 
Xalqın cinah və partiyaların məqsəd və maraqlarından üstün tutulması, zəif təbəqələr və məhrum regionlara xidmət prioriteti Rəhbərin dölət məmurlarına verdiyi digər iki tövsiyə oldu.
 
Ayətullah Xamenei müdafiə sahəsində ölkənin bu gün və sabahı üçün ehtiyac duyulan bütün üsullar, vasitələr və təchizatların davam etdirilməsi və yeniləndirilməsinin tam prioritet olduğunu dedi: “Bütün dünyanı qarşısına almış olsa belə, ölkə, bir an da tərəddüd etmədən müdafiə sahəsində ehtiyac duyulan hər şey istiqamətində hərkət etməlidir”.
 
Ayətullah Xamenei öz silahları ilə bəşəriyyəti təhdid etdikləri halda, İranın raket imkanına qarşı çıxan düşmənləri kəskin şəkildə tənqid edərək dedi: “Bu məsələnin sizə nə aidiyyəti var? Siz istəyirsiniz ki, İranın xalqının raket və digər özünü müdafiə imkanları olmasın, siz də ona zor tətbiq edəsiniz”.
 
O əlavə etdi: “Təbii ki, biz atom bombası və kütləvi qırğın silahları kimi vasitələrin haram olduğunu hesab edirik. Ancaq bizə lazım olan bütün digər vasitələrə güc və qüdrətimiz sayəsində sahib olacağıq”.
İqtisadi prioritetlərdən danışarkən Ali Rəhbər məşğulluq və istehsal sahəsini xüsusilə vurğulayaraq bu ilin “Müqavimət iqtisadiyyatı; istehsal – məşğulluq ili” adlandırılmasını qeyd etdi: “Bu sahədə, təbii ki, işlər görülüb və statistikalar təqdim edilib. Ancaq nəzər nöqtəsinin reallaşması üçün daha çox çalışıb iş görməyə ehtiyac var”.
 
Ayətullah Xamenei ölkənin əziz gəncləri və yeniyetmələrini iman, elm və inqilabçılıq baxımından hazırlıqlı olmağa çağırdı: “Gənc ölkənin bu günü və gələcəyinin inkişaf mühərrikidir. İnqilabın əvvəlki nəslindən daha çox qətiyyətli, çalışqan və ayıq olan indiki gənc nəsil özünü ölkənin inkişafını daha da sürətləndirməyə həsr etməlidir”.
 
İnqilabın Rəhbəri çıxışının sonunda qeyd etdi ki, imperialist və mənfur dövlətlərin qırx illik məkrli planları və fəaliyyətlərinə baxmayaraq, İslam dövlətinin davamlılığı və möhkəmliyi onun iqtidarının ən yaxşı dəlilidir: “Düşmənlərin açıq və gilzi planları, çıxışları və təhdidlərindən xəbərimiz var. Ancaq bir an belə, tərəddüd etmədən israrla bəyan edirəm, xalqa arxalanan İslam dövləti günü-gündən güclənəcək və İmam Xomeyni (r.ə) buyurduğu kimi, Amerika heç nə edə bilməz”.
 

Google+ WhatsApp ok.ru