ARM Şeyx İsa Qasim barədə çıxarılan qərarla bağlı bəyanat verdi

ARM Şeyx İsa Qasim barədə çıxarılan qərarla bağlı bəyanat verdi

Xəbər verdiyimiz kimi, diktatur Bəhreyn rejimi ölkənin ən böyük siyasi cəmiyyəti və müxalifətin aparıcı qurumu əl-Vefaqın faliyyətini qadağan etdikdən sonra aksiyaların lideri Ayətullah Şeyx İsa Qasimi də ölkə vətəndaşlığından məhrum edib. 

Maide.Az xəbər verir ki, Bəhreyn şiələrinin lideri Şeyx İsa Qasimə qarşı olan haqsızlıqlarla  bağlı  Azərbaycan Ruhanilər Məclisi  (ARM) bəyanat yayıb.

Bəyanatda bildirilir:  “Bismillahir-rəhmanir-rəhim. Ali-Xəlifə rejiminin zülmlərinin davamı olaraq, Bəhreyn İslam cəmiyyətinin ayrılmaz hissəsi olan Ayətullah Şeyx İsa Qasimin ölkə vətəndaşlığlnın ləğvi xəbəri  hər bir haqq tərəfdarı olan müsəlmanı narahat etdiyi kimi bizləri də narahat edir. Yersiz ittihamlarla ölkənin nüfuzlu şəxsiyyətini ən doğal haqqı olan vətəndaşlıq hüququndan məhrum etmək, ölkədəki zülm və haqsızlığın bariz göstəricisidir. Ali-Xəlifə rejimi davamlı şəkildə dini mərkəzlərdə vəhşət və qorxu icad etməklə, ölkə ruhanilərinə təziqlər göstərməklə, məscid və dini məkanları dağıtmaqla və nüfuzlu şəxlərin barəsində uzun müddətli həbs qərarı çıxarmaqla öz hakimiyyətini qorumağa çalışır. Amma bəşəriyyətə zülm heç vaxt davamlı şəkildə olmayacaqdır. Bu Mutəal Allahın dəyişilməz sünnəsidir. Bu rejim də  digər tagut rejimlər kimi sonda süquta məhkumdur. Bu ayın şəhidi Əli ibn Əbi Talib (ə) buyurur: Məzlumun zalımdan intiqam aldığı gün, zalımın məzluma zülm etdiyi gündən daha ağırdır.  Biz  Şeyx İsa Qasim barədə çıxarılan bu qərarı kəskin şəkildə pisləyir və məsələnin tez bir zamanda həll olunmasını tələb edirik."

 Azərbaycan Ruhanilər Məclisi (ARM)

 

 

Google+ WhatsApp ok.ru